Azərbaycanda dəhşətli mənzərə: su kanalına heyvan leşləri atılır - VİDEO

Azərbaycanda dəhşətli mənzərə: su kanalına heyvan leşləri atılır - VİDEO
21:52 23 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Kanalizasiya çuxurunu xatırladan bu hovuz bir neçə kəndin içməli su mənbəyidir. İçində hər növ tullantı var, hətta heyvan leşləridi də.

Görüntülər Sabirabadın Balakənd kəndindəndir. Milli.Az bildirir ki, sakinlər dəfələrlə belə mənzərə ilə qarşılaşdıqlarını deyirlər.

Burdan Balakəndlilərlə yanaşı daha bir neçə kəndin sakinləri də içməli su mənbəyi kimi kimi istifadə edir. Kəndə gələn su kanalı Saatlı rayonu ərazisindən keçir. Kanal ərazisindən keçən kəndlərin sakinləri ölmüş heyvan cəsədlərini ya da başqa tullantılarını bura atırlar. Su da yuyub gətirir Balakənd ərazisinə.

Kanallara nəzarət edən Sabirabad Suvarma Sistemləri İdarəsindən bildirilir ki, su kanalları eləcə də, şlyuzlar idarənin əməkdaşaları tərəfindən mütəmadi olaraq təmizlənir. Burda isə birbaşa məsuliyyət vətəndaşalrın üzərinə düşür. Çünki kanal təmizlənsə də bu hal yenidən təkrarlanır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sabirabadda dəhşətli mənzərə: su kanalına heyvan leşləri atılır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR