Pişiklər sahibinin səsini tanıyır

Pişiklər sahibinin səsini tanıyır
22:12 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Tokio Universitetinin professorlarının uzun müddət davam edən araşdırmaları nəticəsində məlum olub ki, pişiklər sahiblərinin səsini tanıyırlar, lakin onları eşitmək istəmirlər.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırma zamanı əvvəlcə pişikləri tanımayan 3 nəfər onları adları ilə çağırıb. Pişiklər tanımadıqları səslərə heç bir reaksiya verməyiblər. Sonra isə sahibləri onlara səslənib. Pişiklər sahiblərinin səslərini eşitdikləri zaman başları, qulaqları, ayaqları, quyruqları və gözləri tərpənib. 

Maraqlıdır ki, pişiklər sahiblərinin səslərini tanısalar da, yerlərindən qalxmaq istəmədikləri zaman onları eşitməmiş kimi hərəkət edirlər. Mütəxəssislər itlərlə pişiklərin sahiblərinə qarşı fərqli münasibət bəslədiklərini deyirlər. Bunun səbəbi isə itlərin qədim zamanlardan bəri insanların dostu olması, pişiklərin isə yalnız siçan tutmaq məqsədi ilə saxlanılmasıdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR