Mingəçevirdə məcburi köçkünlər arasında kütləvi dava olub: xəsarət alanlar var

Mingəçevirdə məcburi köçkünlər arasında kütləvi dava olub: xəsarət alanlar var
22:27 23 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 23 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.
"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Betn Məmulatları Zavodunun həyətində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.
Hadisə zamanı bir ailənin iki üzvü: - Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-mecburi-kockun-aileleri-arasinda-kutlevi-dava-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR