Bakıda Siyasi Psixologiya Mərkəzində yaradıcılığın psixologiyası ilə bağlı təlim keçirilib (FOTO)

Bakıda Siyasi Psixologiya Mərkəzində yaradıcılığın psixologiyası ilə bağlı təlim keçirilib (FOTO)
22:55 23 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Siyasi Psixologiya Mərkəzində yaradıcılığın psixologiyası ilə bağlı təlim keçirilib.

Trend-in məlumatına görə, iki hissədən ibarət olan təlimdə əvvəlcə psixoloq Ayan İsmayılova art-terapiya keçirib. O, psixologiya və yaradıcılığın qarşılıqlı xüsusiyyətlərini əlaqələndirib.

Treninq zamanı iştirakıçlar yaradıcılıq haqqında öz fikirlərini bildiriblər. Onlar yaradıcılıq terapiyasının bir neçə növləri, o cümlədən musiqi, rəqs, drama və s. yaradıcılıq terapiyası ilə tanış olublar və bu istiqamətdə müzakirələr aparıblar.

Daha sonra psixologiya elmləri doktoru, professor, Mərkəzin rəhbəri Səməd Seyidov “Yaradıcılığın psixologiyası” mövzusunda mühazirə ilə çıxış edib.

Professor bizim yer üzündə varlığımıza məna qatan və şüurumuzu insanı yüksəldən xüsusi bir məzmunda zənginləşdirən paradoksal bir hadisə - yaradıcılıq haqqında bəhs edib.

Qeyd edək ki, Siyasi Psixologiya Mərkəzi Azərbaycanda siyasət və psixologiya arasında əlaqəni araşdıran Azərbaycanda yaranmış ilk təşkilatdır. Bu, vətəndaşların özünürealizə təlabatlarının hərtərəfli təmin olunması üçün zəruri şəraitin yaradılmasına və insanların öz bilik və bacarıqlarından istifadə etməklə şəxsiyyətin hərtərəfli inkişafına kömək etmək üçün yaradılmış yeni istiqamətdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2770325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR