Xoşbəxtliyin əsas səbəblərindən biri

Xoşbəxtliyin əsas səbəblərindən biri
22:57 23 İyun 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxu gün ərzindəki bütün fəaliyyətin təməli hesab olunur. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, narahatlıq və gərginliyin səbəbini çox vaxt yuxu saatının azlığı ilə əlaqələndirirlər.

Alimlərin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, gün ərzində 7 saat 6 dəqiqə yatmaq xoşbəxt olmağın əsas şərtlərindən biridir. Onların apardığı təcrübədə minlərlə könüllü iştirak edib. Təcrübə nəticəsində müəyyən olunub ki, qismən xoşbəxt olanlar isə 6 saat 54 dəqiqə yatırlar. Aparılan araşdırmalara görə, 6 saat 48 dəqiqədən az yuxu yatmaq narazılığın artması deməkdir. Həmin yuxu rejiminə malik olanlar münasibətlərindən narazı və daima narahatdırlar.

Mütəxəssislər müəyyən ediblər ki, yuxu saatı azaldıqca xoşbəxtliyin səviyyəsi də aşağı düşür. Dərin yuxuya getməyin sadə yolları da müəyyən edilib. Təcrübə iştirakçısı olan könüllülərdən yatmazdan əvvəl duş qəbul edən və meditasiya dalanların yuxusunun daha keyfiyyətli olduğu aşkarlanıb. Video oyunlar oynamağa üstünlük verilməsi isə yuxusuzluq yaradır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/557020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR