17 yaşlı qız sirkə turşusundan zəhərləndi - Daşkəsəndə

17 yaşlı qız sirkə turşusundan zəhərləndi - Daşkəsəndə
23:04 23 İyun 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsən sakini sirkə turşusundan zəhərlənib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini,  2000-ci il təvəllüdlü Allahverdiyeva Ayşə Fazil qızı sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Yaxınlarının deməsinə görə, 17 yaşlı qız su ilə səhv salaraq az miqdarda sirkə turşusu içərək zəhərlənib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR