Daşkəsəndə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

Daşkəsəndə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib
23:07 23 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 23 iyun. REPORT.AZ/ Daşkəsən rayonunda zəhərlənmə hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2000-ci təvəllüdlü Allahverdiyeva Aişə Fazil qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.
Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə o, səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/daskesende-17-yasli-qiz-sirke-tursusundan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR