Qum prosedurları sağaldır və arıqladır

Qum prosedurları sağaldır və arıqladır
23:27 23 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Psammoterapiya isti qumla müalicə növüdür, vaxtilə ondan qədim Misir, Yunanıstan və Romada istifadə edilirdi. Bizim eradan əvvəl I əsrdə yaşamış Roma həkimi Antoni Muza sol ayağında olan ağrı və zəiflikdən əziyyət çəkən imperator Oktavian Avqustu isti qumla müalicə edib. Qədim təbiblər Qalen, Herodot və İbn Sina da onun haqqında yazıblar. Rəsmi terapevtik üsul kimi son zamanlar tətbiq olunmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qumun bəzi fiziki-kimyəvi xüsusiyyətləri onu müalicəvi vasitəyə çevirir. Qum terapiyası ilə məşğul olan həkimlər obrazlı şəkildə bildirirlər ki, bədəndə olan ağrılar sanki quma gedir. Günəş şüaları və ya süni qızdırıcılar vasitəsilə qızdırılan qum istiliyi asanlıqla mənimsəyir və onu yavaş-yavaş ətraf mühitə qaytarır. Qumun üzərində uzananda dərialtı toxumaların, oynaq və əzələlərin hərarəti yüksəlir, mübadilə prosesləri və şlakların bədəndən xaric olması sürətlənir. Qum çox hidroskopik olduğuna görə bədəndən xaric olan təri udur və orqanizmi istivurmadan qoruyur.

Psammoterapiya zamanı adətən hərarəti 50-60 dərəcə olan qumdan istifadə olunur. Temperaturun həmin səviyyəsi bir sıra biokimyəvi reaksiyaların, o cümlədən qan və limfa dövranının sürətlənməsinə səbəb olur, ağrıkəsici və ödem əleyhinə təsir göstərir. Qumun tərkibi kalium, kalsium və maqnezium karbonatla zəngindir. Həmin kimyəvi maddələr dəri səthindən ayrılan tərlə reaksiyaya girəndə dərinin üzərində karbon qatı əmələ gəlir, bu qat oksigenin daha dərin qatlara keçməsini təmin edir və maddələr mübadiləsini tənzimləyir. Həmçinin dəri ilə kontaktda olan qum onu yumşaq masaj edərək daxili orqanlara gedən həssas sinir ucluqlarını qıcıqlandırır.

Psammoterapiya prosedurları qum vannaları və yerli olaraq bel, oynaq və ətraflar üçün aparılır. Bu məqsədlə çay və ya dəniz qumunun müxtəlif növlərindən - iri, orta və xırda dənəciklilərdən istifadə etmək olar. Ən əsası odur ki, qumun tərkibində daş, balıqqulağı, başqa təbii və süni qarışıqlar olmasın. Prosedurlar həm bağlı otaqlarda, həm də açıq havada aparıla bilər. Havanın temperaturu böyüklər üçün 20, uşaqlar üçün 23 dərəcədən aşağı olmamalıdır. Qumun temperaturu 45-50 dərəcə, bədən üzərində qumun qalınlığı 8-10, qarın nahiyəsi üzərində 4-5 santimetr olmalıdır. Böyüklər 15-20, uşaqlar 15 dəqiqədən çox olmamaq şərtilə qum prosedurlarını qəbul edə bilərlər. Bir seansda çəki itkisi 600 qrama bərabərdir. Ona görə piylənməyə qarşı da səmərəli vasitə hesab edilir.

Qumla müalicə müxtəlif mənşəli xəstəliklərin-dayaq-hərəkət sistemi. o cümlədən onurğa sütunu, oynaqlar, əzələ patologiyaları sinir sisteminin funksional pozğunluqları zamanı yaxşı nəticələr verir. Uşaqlarda miopatiya və raxit zamanı tətbiq edilir, sinir sistemi və iltihab mənşəli ginekoloji xəstəliklərdə və piylənmənin müalicəsində də tətbiq olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/557022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR