Bakıda məşhur klinikanın "ambulance"ı qəzaya düşdü - FOTO

Bakıda məşhur klinikanın "ambulance"ı qəzaya düşdü - FOTO
23:32 23 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Qəza zamanı "Zəfəran" Hospitalın təcili yardım maşını ilə minik avtomobili toqquşub. 

Toqquşma zəncirvari qəza ilə nəticələnib. Belə ki, avtomobil "ambulance"a dəyəndən sonra, təcili yardım maşını da marşrut avtobusu ilə toqquşub.  Hadisədə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. 

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma gedir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR