"Qəbələ"nin potensial rəqibi: Keçən mövsümdəki komanda deyilik

"Qəbələ"nin potensial rəqibi: Keçən mövsümdəki komanda deyilik
23:37 23 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Dinamo" ötən mövsümdəki komanda deyil". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Batumi "Dinamo"sunun futbolçusu Luka Asatiani deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Yagelloniya" ilə üz-üzə gələcək gürcülər üstün tərəf olacaqları halda, növbəti mərhələdə "Qəbələ" ilə üz-üzə gələcəklər.
 
Lakin Asatiani komandasının "qırmızı-qaralar"la qarşılaşacağına inanmır. 18 yaşlı müdafiəçi "Yagelloniya"nın favorit olduğunu etiraf edərək, "Dinamo"nun heç nə edə bilməyəcəyini vurğulayıb: "Ötən il Gürcüstan çempionatında komanda özünü yaxşı tərəfdən göstərib, Avropa Liqasına vəsiqə qazanmışdı. Bu il isə vəziyyət fərqlidi. Heyətin aparıcı üzvləri ayrıldığına görə, "Dinamo" zəifləyib. Hazırda Gürcüstan çempionatında 10 komanda arasında 8-ci yerdə qərarlaşmışıq. Bu isə o deməkdi ki, "Dinamo" elitada qalmaq uğrunda mübarizə aparır. "Yagelloniya" ilə müqayisədə cəmi 1 üstünlüyümüz var. O da Gürcüstanda hazırda çempionatın davam etməsidi".
 
Qeyd edək ki, "Dinamo" və "Yagelloniya" arasındakı ilk oyun iyunun 29-da Gürcüstanda, cavab matçı isə iyulun 6-da Polşada keçiriləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR