Arnold Şvarçeneqqer Fransa prezidenti ilə görüşüb -

Məşhur aktyor, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvarçeneqqer Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Metbuat.az-ın məlumatına görə, Yelisey sarayında baş tutan görüş zaman ikili iqlim məsələlərini müzakirə edib.

Şvarçeneqqer və Makron Sorbonnda 800 siyasətçinin iştirakı ilə keçiriləcək "Ətraf mühit üçün beynəlxalq anlaşma" adlı tədbirə qatılacaqlar.

Qeyd edək ki, iki ay əvvəl sabiq Fransa lideri Fransua Olland tərəfindən Şərəf medalı ilə təltif olunan Arnold Şvarçeneqqer sosial media hesabındakı son paylaşımında Emmanuel Makronu "Böyük lider" adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR