Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

Öldürücü istilər GƏLİR - insanların 74 faizi...
23:42 23 İyun 2017
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya əhalinin 74 faizi isti hava dalğalarına məruz qalacaq. Onlar ölümcül, anormal hava temperaturunun olduğu bölgələrdə yaşamağa məcbur olacaqlar.

Milli.Az xəbər verir ki, bu barədə "Natural Climate Change" jurnalında məqalə hazırlanıb. Məqalədə bu sadalananların 2100-cü ildən etibarən müşahidə ediləcəyi bildirilib.

ABŞ-ın yerli və beynəlxalq alimlərindən ibarətə qrupun hazırladığı bu araşdırmada iqlim dəyişikliyinin insanın bədən temperaturuna yarada biləcəyi risklər incələnib.

Amerikalı alim Camilo Mora deyir ki, gələcəkdə bizi gözləyənlər barədə ssenarilər ildən-ilə azalır. İsti havalardan danışanda isə o, ancaq qorxunc və daha da qorxunc ssenarilər arasında seçim edə biləcəyimizi deyib: "Bu gün anormal istilər səbəbindən çoxlu insan ölür. İqlim dəyişikliyi ilə mübarizə gələcəkdə anormal hava səbəbindən ölənlərin sayının artacağı gerçəkliyindən xilas olmağımıza təsir etmir".

Araşdırmanı aparan alimlər 1900 fərqli yerdə monitorinqlər həyata keçirərək, gələcəkdə bizi gözləyəcəklərlə bağlı müəyyən təxminlər irəli sürüblər. Beləliklə, gəlinən nəticəyə görə, 2100-cü ildən etibarən dünya əhalisinin 74 faizinin hər iki yaydan bir yaşadıqları bölgədə ancaq ölümcül istiliklə qarşılaşmayacaq. Onlar həm də bədəndən çıxan tərin buxarlanmasının qarşısını alan yüksək nəmli havanın da təsirinə məruz qalacaq. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR