Alimlər uşağın emosiyalarına reaksiya verə bilən oyuncaq hazırlayıblar

Alimlər uşağın emosiyalarına reaksiya verə bilən oyuncaq hazırlayıblar
23:52 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

İspaniyalı alimlər uşağın emosiyalarını tanıyan və ona müvafiq reaksiya verə bilən "ağıllı" oyuncaq hazırlayıblar.

Kastiliya - La Mança Universitetinin əməkdaşları tərəfindən yaradılmış oyuncaq ilk baxışda adi gəlinciyi xatırlatsa da, əslində bu, süni intellektə yaxınlaşdırılmış alqoritmlər, mürəkkəb proqram təminatı və bir çox sensorlarla təchiz edilmiş yüksək texnologiyalı qurğudur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oyuncaq onunla oynayan uşağın emosiyaları haqqında informasiyanı toplayaraq uşaqlara sosial mühitə uyğunlaşma dərəcəsini yüksəltməkdə kömək edir. Qurğunun qabaqcıl funksionallığını təmin edən unikal alqoritmlər oyuncaqla oynayan insanın əhvali-ruhiyyəsini əvvəlcədən təxmin edə bilir.

Mütəxəssislər bildirirlər ki, yüksək potensiala malik olan bu kimi layihələrdə bəzi təhlükələr də gizlənir. Belə ki, kibercinayətkarlar oyuncağın topladığı məlumatları ələ keçirsələr, bundan bəd niyyətlər üçün istifadə edə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR