"Yuventus"u "Mançester Siti"yə dəyişir

"Yuventus"u "Mançester Siti"yə dəyişir
23:52 23 İyun 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"la yollarını ayırmağa hazırlaşan Dani Alveş karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi "Mançester Siti"yə keçmək üzrədi.

"Yuventus"un icraçı direktoru Beppe Marotta bir neçə gün əvvəl Alveşlə sağollaşacaqlarını söyləmişdi: "Alveş bizə fərqli təcrübə yaşamaq istədiyini bildirdi. Biz də müqaviləsini qarşılıqlı razılıqla ləğv etmək qərarına gəldik".
 
Bununla əlaqədar yerli mətbuata danışan 34 yaşlı futbolçu "Mançester Siti" ilə bağlı suala da maraqlı cavab verib: "Mən ayrılmaq istəmişəm? Nələrin baş verdiyini bilmirəm. Bu işlə menecerlərim məşğul olur və onlar çıxış yolu tapdıqlarını deyiblər. Əgər getsəm, heç kimlə mübahisə etmədən, məyusluq keçirmədən ayrılacam. O ki qaldı "Mançester Siti"yə keçmək variantıma, hər kəs mənim Pep Qvardiolaya heyran olduğumu bilir".
 
Qeyd edək ki, Dani Alveş "Yuventus"a ötən yayda "Barselona"dan keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR