Bakıda "Zəfəran hospital"a məxsus ambulans qəza törədib: xəsarət alan var

Bakıda "Zəfəran hospital"a məxsus ambulans qəza törədib: xəsarət alan var
23:52 23 İyun 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda "Zəfəran hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili qəza törədib.
"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, "Volkswagen" markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra "Daewoo" markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.
Nəticədə ambulansın Yelmar adlı sürücüsü xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-zeferan-hospital-a-mexsus-ambulans-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR