Ana ölən oğlunu almaza çevirdi - FOTO

Ana ölən oğlunu almaza çevirdi - FOTO
23:57 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çox yaxın bir insanı itirməyin ağrısını yalnız yaşayan bilər. Ancaq Honq-Konqlu bir ana bu ağrını daha fərqli yaşayıb. Acısını az da olsa, azaltmaq üçün ana çox qəribə bir yola əl atıb.

Milli.Az xəbər verir ki, Eva Vu milyonda bir insanda rastlanan xərçəng növünün yaratdığı xəstəlikdən oğlunu itirib. Çox böyük ağrı içində qalan ana üzüntüdən ağlını itirəcək nöqtəyə gəlib.

Bir gün Eva ölülərin külünü almaza çevirən bir şirkət haqqında xəbər oxuyur və bu xidmətin 37000 dollar olmasına rəğmən şirkətə müraciət edir.

Mütəxəssislərin bu əməliyyatı həyata keçirmə üsulu isə çox qəribədir:

Ölüdən aldıqları 200 qram civarında kül laborotoriyaya göndərilir və filtrləndikdən sonra 99% saflaşdırılaraq karbona çevrilir. Müxtəlif prosedurlardan keçirilən karbondan ipək kimi bir qrafit əldə edilir. Güclü alovun təsirinə verilən almaz 9 saatdan sonra hazır olur.

17 yaşlı oğlunun külündən hazırlatdığı boyunbağını taxan ana onu taxarkən çox həyəcanlandığını və bir o qədər rahatlıq tapdığını deyib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR