"Beşiktaş" Pepedən cavab gözləyir

"Beşiktaş" Pepedən cavab gözləyir
23:57 23 İyun 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ından ayrılan Pepe karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliya əsilli müdafiəçi ilə "Beşiktaş" yaxından maraqlanır.

İstanbul klubu iyunun 30-dan etibarən azad agent statusu daşıyacaq futbolçunu heyətinə qatmaq arzusundadı. Portuqaliya yığmasının üzvü ilə danışıqlara başlanılıb.
 
Digər komandaların da maraq dairəsində alan Pepe tələsmək istəmir. Bununla belə, müdafiəçinin agenti onun hələlik ən sərfəli təklifi "Beşiktaş"dan aldığını bildirib.
 
2007-2017-ci illər ərzində "Real"ın formasını geyinən təcrübəli futbolçu "kral klubu"nun heyətində 334 oyunda 15 qola imza atıb.
 
Qeyd edək ki, Pepe 2007-ci ildən şərəfini qoruduğu Portuqaliya millisində isə 82 matçda 4 dəfə fərqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR