Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda

Avtomobil 59 yaşlı kişini vurub qaçdı - Tovuzda
00:24 24 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda piyadanı vuran avtomobil hadisə yerindən uzaqlaşıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində bazarın yaxınlığında qeydə alınıb.

 

Rayonun Təzəkənd kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlu yolu keçən zaman, hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.  A. Abdullayeva oturaq sümüyün sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR