Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 23.35-də Lənkərandan 17 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi 16 km olub. Zəlzələ hiss olunub.