Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir"
01:02 24 İyun 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə. 24 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunda Türkiyənin də təmsil olunma məsələsinə münasibət bildirib.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan media təmsilçilərinin sualını cavablandıran Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir: "Biz eyni dildə danışır, eyni hərəkət edirik".
Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə 32 ölkədən 64 media nümayəndəsi bu ölkədə səfərdədir. Azərbaycan media təmsilçilərinin də olduğu səfərdə məqsəd Türkiyədəki qaçqın düşərgələri ilə tanışlıqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/erdogan-turkiyenin-atet-in-minsk-qrupunda-temsil-olunma-meselesine-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR