"Lion"un hücumçusu Aleksandr Lyakazett "Arsenal"ın maraq dairəsindədir.
Metbuat.az-ın məlumatına görə, "topçular" "Lion"la danışıqlara başlayıb. Artıq "Arsenal" fransız futbolçu müqabilində qarşı tərəfə 44 milyon funt təklif edib. "Lion"un təklifə müsbət yanaşdığı bildirilir.
Növbəti həftə "Arsenal" rəhbərliyinin müqavilənin şəxsi detallarını razılaşdırmaq üçün Lyakazettlə görüşəcəyi gözlənilir.