Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib

Gürcüstanın baş naziri bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib
01:57 24 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, ölkəsində dini icmalara yaradılan şəraitdən danışıb.
O, bildirib ki, Gürcüstan hökuməti dini icmaların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən vəsait ayırıb və bu yardım dini qurumların maddi-texniki bazasının gücləndirilməsinə sərf olunur.
Baş nazir Georgi Kvirikaşvili Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib. Bu terror hadisənin bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduqlarını bildirib.
Gürcüstan hökumətinin başçısı müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, İslam dininin sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu qeyd edib.
Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekler Kamaşidze göstərilən diqqət və qayğıya, iftar süfrəsinin təşkilinə görə minnətdarlıq edib. Gürcüstandakı müsəlmanların dövlətin siyasi xəttinin dəstəklədiklərini və digər dini təriqətlər ilə dostluq şəraitində yaşamaqda maraqlı olduqlarını dilə gətirib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycanın, Türkiyənin, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-bas-naziri-bu-olkede-yasayan-muselmanlar-ucun-iftar-sufresi-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR