Çaylarda su artdı, Gorançay daşdı

Çaylarda su artdı, Gorançay daşdı
01:58 24 İyun 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində çaylarda sululuq artıb, iyunun 20-də Gorançay çayında isə qısamüddətli daşqın müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 50-80, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 286 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 352 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 137 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 18, Salyanda 20, Bankədə 6 sm azalma, Surrada 20, Araz çayının Novruzlu məntəqəsində 21 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il iyunun 23-də 332 sm), Şirvanda 265 sm, Salyanda 200 sm (2016-cı il iyunun 23-də 125 sm), Bankədə 193 sm (2016-cı il iyunun 23-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 sm (2016-cı il iyunun 23-də 44 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/203797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR