Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib

Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib
02:29 24 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.

 

Onun sözlərinə görə terrorçu-kamikadze “Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. “AFP” agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.

 

Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR