Bakıda avtomobil yeniyetməni vurub

Bakıda avtomobil yeniyetməni vurub
03:42 24 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Novxanı qəsəbəsi, Bağlar massivində küçəni keçmək istəyən 2003-cü il təvəllüdlü Qəmbərov Nemət Ceyhun oğlunu minik avtomobili vurub. Xəsarət alan şəxs sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən sürücünün izahatı alınıb.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-yeniyetmeni-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR