Bakıda taksi sürücüsü qəza törədib: xəsarət alanlar var

Bakıda taksi sürücüsü qəza törədib: xəsarət alanlar var
06:32 24 İyun 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda taksi sürücüsü qəza törədib.
“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan “Hyundai Akcent” markalı avtomobilin sürücüsü, 1993-cü Rufullayev Zaur Elşən oğlu "STOP" yazılı yol nişanının tələbinə əməl etməyərək Vaqif prospekti ilə hərəkət edən, Allahverdiyev Arifin idarə etdiyi “Opel” markalı avtomobilin qarşısına çıxıb.
Nəticədə avtomobillər toqquşub və “Hyunday” zərbədən deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin içində olan sərnişin, 28 yaşlı Həsənova Nigar ağır kəllə-beyin travması alıb. O, komaya düşüb.
Hadisə zamanı sürücü özü də bədən xəsarətləri alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan iki avtomobil cərimə meydançasına yerləşdirilib.
Fakt araşdırılır.
















Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-taksi-surucusu-qeza-toredib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR