Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb
07:02 24 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsi, Zeytun sovxozu kimi tanınan ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayan 23 yaşlı Həsənov Babək Səxavət oğlu ehtiyatsızlıqdan 2-ci mərtəbənin pəncərəsindən yerə yıxılıb.
Nəticədə onun qabırğa sümükləri sınıb. Ağır xəsarətlər alan B.Həsənov xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglan-ikinci-mertebeden-yixilaraq-agir-xesaret-alibergwddfb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR