Məşhur müdafiəçi futbolla vidalaşdı

Məşhur müdafiəçi futbolla vidalaşdı
07:19 24 İyun 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

“Real Madrid, “Liverpul” klubunun və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib.

 

APA-nın məlumatına görə, bunu 34 yaşlı müdafiəçi “Marca” nəşrinə müsahibəsində açıqlayıb.

 

Müxtəlif illərdə həmçinin “Deportivo” və “Vest Hem”  klublarının formasını geyən A. Arbeloa İspaniya yığmasının heyətində bir dəfə Dünya (2010), iki dəfə Avropa çempionu (2008, 2012) adını qazanıb.

 

Madrid “Real”ının yetirməsi olan müdafiəçi klubu ilə birgə iki dəfə Çempionlar Liqası və İspaniya Kuboku,  bir dəfə isə İspaniya çempionatının qalibi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR