Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib
07:36 24 İyun 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə iyunun 24-də gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1981 -ci il təvəllüdlü Tapdıqov Elçin Idris oglu yaşadığı məhəllədə tanışı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə E. İdrisov bıçaqlanıb. E. İdrisov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2770358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR