Süni intellekt bitkiləri qoruyacaq

Süni intellekt bitkiləri qoruyacaq
07:42 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çoxsahəli "Monsanto" transmilli şirkəti  bitkilərin biotexnologiyası sahəsi üzrə dünya lideridir. Bu şirkətin mütəxəssisləri onilliklər boyunca  istənilən şəraitdə yetişən, virus və təhlükəli zərərvericilərə qarşı davamlı yeni genetik dəyişilmiş bitkilər yaratmaq üçün səy göstərirlər. "Monsanto" şirkəti öz məqsədinə nail olmaq üçün ən qabaqcıl texnologiyalardan istifadəyə üstünlük verir. Məsələn, bu yaxınlarda məlum olub ki, sözügedən şirkət süni intellekt sahəsində lider sayılan "Atomwise" şirkəti ilə öz səylərini birləşdirəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, süni intellekt "Monsanto" şirkətinin alimlərinə dənli bitkiləri müxtəlif xəstəlik və zərərvericilərdən qorumaq qabiliyyətinə malik molekulları tez və effektiv aşkar etməkdə kömək edəcək. "Atomwise" şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış neyron şəbəkəsi dərin maşın təlimi sayəsində arzu olunan effektə malik olacaq molekulları tapmağa yardım edəcək. Bu, "Monsanto" şirkətinə öz vaxtına və vəsaitinə qənaət etməyə imkan verəcək. Bir qayda olaraq, dənli bitkilər üçün səmərəli müdafiənin hazırlanmasına təxminən 11 il vaxt tələb olunur və belə layihələrin qiyməti 250 milyon dolları ötür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR