BMT eyniləşdirmə sistemi hazırlayıb

BMT eyniləşdirmə sistemi hazırlayıb
07:52 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" və "Accenture" şirkətləri BMT-nin şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxslər üçün beynəlxalq eyniləşdirmə sisteminin qurulması üzrə layihəyə qoşulub. Layihə çərçivəsində blokçeyn texnologiyasının tətbiqi nəticəsində pasportu olmayan insanların şəxsiyyətini müəyyənləşdirməyə imkan verən rəqəmli sistem yaratmaq planlaşdırılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyada şəxsiyyəti təsdiq edən sənədi olmayan 1,1 milyard insan yaşayır. BMT-nin Nyu-Yorkda keçirilmiş sammitində təqdim edilmiş sistemin prototipi "adsız" insanlara təhsil və səhiyyə kimi xidmətlərdən yararlanmağa imkan verəcək.

Şəxslərin eyniləşdirilməsi üçün indi əsasən bank əməliyyatları və bitkoin kimi elektron valyutaların izlənilməsində istifadə edilən blokçeyn texnologiyası tətbiq ediləcək. Məsələn, vətəni tərk etmiş, doğum haqqında şəhadətnaməni və diplomunu orada qoymuş qaçqın bu sistem sayəsində öz kimliyini sübut edə, həmçinin elektron formada lazımi sənədləri təqdim edə biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR