Pakistanda 2 partlayışda 37 nəfər ölüb

Pakistanda 2 partlayışda 37 nəfər ölüb
08:05 24 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-qərbində bazarda baş verən partlayışlar nəticəsində 37 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Frans Press agentliyi xəbər verir.

Daha əvvəl 25 ölən və 70 yaralanan barədə xəbər verilirdi.

Yüksək vəzifəli məmurunun sözlərinə görə, partlayışlar nəticəsində 37 nəfər həlak olub, daha 150 nəfər yaralanıb.

Qeyd edək ki, partlayışlar Paraçinar şəhərinin ticarət rayonunda yerli sakinlərin Ramazan bayramı ilə əlaqədar bazarlıq etdikləri zaman baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR