Hibrid sərnişin dronu hazırlandı

Hibrid sərnişin dronu hazırlandı
08:05 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Fransada keçirilən aviasalonda ABŞ-ın "Workhorse" şirkəti hibrid sərnişin dronunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "SureFly" adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya "SureFly" dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib.

Dronun maksimum sürəti 110 km/saat təşkil edir və maksimum uçuş məsafəsi 110 kilometrdir. "SureFly" aparatının yükqaldırma qabiliyyəti 180 kq təşkil edir və multikopterin öz çəkisi isə 500 kq-dır. Kabinədə qurulmuş coystik pilotsuz uçan aparatın əsas idarəetmə vasitəsidir.

Şirkətin məlumatına görə, dron hələ ki havaya qalxmayıb. "SureFly" dronunun ilk uçuşu cari ilin sonuna planlaşdırılıb və 2019-cu ildə sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra istehsalçılar 200 min ABŞ dolları dəyərində qiymətləndirilən aparatın satışına başlamaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR