Virus “Honda”nın işini dayandırdı

Virus “Honda”nın işini dayandırdı
08:12 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Honda Motor" avtomobil şirkəti "WannaCry" virusu aşkarlandıqdan sonra müvəqqəti olaraq Yaponiyadakı müəssisəsinin fəaliyyətini dayandırıb.

İKT.lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 19-da şirkətin Sayame şəhərindəki zavodunda iş dayandırılıb. Bu zavodda "Accord", "Odyssey Minivan" və "Step Wagon" modelləri istehsal edilir. Sutka ərzində zavodda minlərlə nəqliyyat vasitəsi istehsala buraxılır. Konsernin nümayəndələri bildiriblər ki, "Honda"nın Yaponiya, ABŞ, Avropa, həmçinin Çindəki müəssisələrinin kompüterləri virus hücumuna məruz qalıb.
 
Xatırladaq ki, "WannaCry" virusu ötən ay kütləvi şəkildə 150 ölkədə "Windows" əməliyyat sistemi ilə çalışan kompüter şəbəkələrinə hücum edib. Virusun dağıdıcı təsirindən dövlət strukturları, tibb müəssisləri də ziyan çəkib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR