Kuryer robot yükü ünvan çatdırdı

Kuryer robot yükü ünvan çatdırdı
08:27 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çində elektron ticarət firmalarından biri hazırladığı pilotsuz aparat - robot vasitəsilə yük daşınmalarına başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Pekində yerləşən "Jindong" şirkəti kuryer robot vasitəsilə lazım olan yükü paytaxtın Haydien rayonundakı Renmin Universitetinə göndərib. Saatda 3-4 km sürətlə hərəkət edən robot 50 kq yük götürə bilir. Aparat lazer radar və kamera sisteminə malikdir. Bu sayədə o, yollardakı maneələrdən qaça bilir və işıqforları tanıyır.
 
Kuryer robot yükü ünvana ən uyğun marşrutla aparır və alıcıya 5 dəqiqə önə müvafiq mesaj göndərir. Yükü qəbul edən şəxs aparatın içindəki yükü üz tanıma sistemi və ya kod vasitəsilə təhvil alır.
 
"Jindong" bu il ərzində kuryer robotların sayını 100-ə çatdırmağı və Pekinlə bərabər bir sıra şəhərlərdə də bu qurğulardan istifadə etməyi planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR