Samsung Galaxy Note 8 gəlir

Samsung Galaxy Note 8 gəlir
08:32 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkətinin "Note" seriyasına məxsus yeni smartfonunun təqdimetmə tarixi məlum olub. "The Investor" nəşri yazır ki, insayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl olan məlumata görə, "Samsung" şirkəti "Note 8" smartfonunu  2017-ci ilin sentyabrında Berlində keçiriləcək "IFA" konfransında nümayiş etdirəcək. Ancaq mənbə iddia edir ki, şirkət qurğunu Nyu-Yorkda keçiriləcək  tədbirində təqdim etməyi planlaşdırır.

Şayiələrə görə, "Samsung Galaxy Note 8" smartfonu 4428x2160 təsvir ölçülü 6,3 düymlük çərçivəsiz ekran, "Qualcomm Snapdragon 836" prosessoru ilə təchiz ediləcək. Əməli yaddaşın tutumu 6 QB təşkil edəcək.
"Samsung Galaxy Note 7" cihazı 2016-cı ilin avqustunda təqdim edilib. Ancaq istifadə prosesində öz-özünə alışma səbəbindən həmin ilin oktyabrında smartfon geri çağırılıb.

2017-ci ilin martında şirkət təmir edilmiş "Galaxy Note 7" qurğusunu yenidən satışa çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR