“Uber”də şok: Kalaniki istefaya məcbur etdilər

“Uber”də şok: Kalaniki istefaya məcbur etdilər
08:47 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Uber" şirkətinin yaradıcısı və baş icraçı direktoru Trevis Kalanik vəzifəsindən istefaya getdiyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qərar şirkətin iri sərmayədarlarının təzyiqi ilə qəbul edilib. Onlar T. Kalanikə məktub yazaraq onu istefaya çağırıblar. Mənbələr bildirir ki, T. Kalanik bu tələbi Direktorlar Şurasının üzvlərindən biri ilə müzakirə edib, eləcə də sərmayədarlardan bir neçəsi ilə danışıqlar aparıb. Yekunda o, istefa barədə qərar qəbul edib. T. Kalanik Direktorlar Şurasının üzvü olaraq qalacaq.  
 
"Mən "Uber"i dünyada hər şeydən çox sevirəm və özüm üçün belə çətin məqamda investorların tələbini qəbul edirəm ki, "Uber" yola davam edə bilsin və növbəti münaqişəyə başı qarışmasın", - deyə T. Kalanikin açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən həftə Trevis Kalanik əməkdaşlara məktub yazaraq şirkəti müvəqqəti olaraq tərk etdiyini bəyan edib. O, məktubunda izah edib ki, ötən ay anasının ölümü ilə nəticələnmiş faciəli hadisədən sonra özünə gələ bilməsi üçün məzuniyyət götürməyə məcburdur. Hadisə Payn Flet gölündə qayıq gəzintisi zamanı baş verib. "Ötən hadisələr mənə bunu anlatdı ki, insanlar işdən vacibdir. Cümə günü dəfn etdiyim anamın yasını tutmaq, eləcə də düşünmək, öz üzərimdə işləmək və dünya səviyyəsində rəhbər komanda formalaşdırmaq üzərində diqqətimi cəmləşdirmək üçün mənə vaxt lazımdır", - deyə T. Kalanik söyləyib. Bununla yanaşı, o, şirkətdəki vəziyyətə görə məsuliyyəti öz boynuna götürüb. Son aylar ardıcıl olaraq "Uber" daxilində seksual xarakterli qalmaqallar yaşanıb.
 
T. Kalanik "Uber" mobil əlavəsini 2009-cu ildə Qarret Kemp ilə birlikdə yaradıb. Hazırda "Uber" taksi xidməti dünyanın 58 ölkəsində və 300-dən çox şəhərində fəaliyyət göstərir. Bu ilin martında "Forbes" Kalanikin sərvətini 6,3 milyard dollar həcmində qiymətləndirib. O, dünyanın ən zəngin insanları siyahısında 226-cı yerdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/556477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR