Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Bakıda avtomobilin vurduğu piyada ağır xəsarət alıb
08:47 24 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda avtomobilin vuruduğu piyada ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bünyadov prospektində piyada keçidi üçün nəzərdə tutulmayan ərazidə yolu keçən 1974-cü il təvəllüdlü Əliyarov Hacımurad Gülmurad oğlunu minik avtomobili vurub. Nəticədə H.Əliyarov hər iki ayağından açıq sınıq xəsarətləri və ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. 
Hadisəni törədən sürücü polislər tərəfindən saxlanılıb.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobilin-vurudugu-piyada-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR