“iPhone” satışları artdı

“iPhone” satışları artdı
08:57 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Apple" korporasiyası son rübdə "iPhone" satışlarını artırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Cowen and Company"nin təhlilçisi Timoti Arkuri bildirib.
 
T. Arkuri deyib ki, son rüb ərzində şirkətin smartfon satışlarında 1 milyon ədəd civarında artım olub. Ümumən bu müddətdə 41,5 milyon ədəd "iPhone" satıldığı bildirilir. Bu, gözləniləndən artıqdır. Çünki bu il təqdimatı keçiriləcək "iPhone 8" modelində ciddi dizayn dəyişikliyi gözlənilir və potensial alıcıların diqqəti hazırda payızda təqdim olunacaq yeni smartfona yönəlib. Bu səbəblə mövcud "iPhone" modellərinin satışının azalacağı proqnozlaşdırılırdı. Lakin bunun əksi baş verdi.
 
"Apple" bir qədər sonra son rübə dair rəsmi rəqəmləri açıqlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/556476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR