Super Liqa klubunda yeni baş məşqçi

Super Liqa klubunda yeni baş məşqçi
09:12 24 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Osmanlıspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bir müddət öncə Hamza Hamzaoğlu ilə yollarını ayıran Super Liqa təmsilçisini yeni mövsümdə Bülənt Uyğun çalışdıracaq.

Klubun yaydığı açıqlamada yeni baş məşqçi ilə 3 illik müqavilə barədə razılıq əldə olunduğu bildirilir. Rəsmi müqavilə Ramazan bayramından sonra imzalanacaq.
 
Qeyd edək ki, Uyğun son olaraq "Qaziantepspor"un baş məşqçisi postunda çalışıb. O, daha öncə "Sivasspor", "Bucaspor", "Əskişəhərspor", "Elazığspor", "Qaziantepspor" kimi yerli klublarda, eləcə də Qətərin "Ümm Salal" komandasında baş məşqçi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR