Beyləqanda AĞIR QƏZA - Ölən var

Beyləqanda AĞIR QƏZA - Ölən var
09:37 24 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 07:45-də başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR