"Real" 75 milyona aldığı ulduzu bu kluba satdı

"Real" 75 milyona aldığı ulduzu bu kluba satdı
10:07 24 İyun 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Xames Rodrigesin "Real"dan ayrılacağı dəqiqləşib. Fanat.Az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.


Kolumbiyalı ulduzun yeni klubu da artıq bəllidi. Məlumata görə, Joze Mourinyo nəhayət onu "Mançester Yunayted"də oynamağa razı salıb.


"Real"ın da bu transferə razılıq verdiyi bildirilir. Bu yay Kilian Mbappeni transfer etməyi planlaşdıran "Kral Klubu" Rodrigesin satışından əldə edəcəyi məbləği fransalı ulduzun alınmasına xərcləyəcək.


Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" 25 yaşlı ulduza 50 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-75-milyona-ald-ulduzu-bu-kluba-satd-t58875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR