Beyləqanda ağır qəza: 1 nəfər öldü

Beyləqanda ağır qəza: 1 nəfər öldü
10:24 24 İyun 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonu, İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 07:45-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR