London yanğınının fəsadları: 4 min insan evlərindən çıxarıldı - VİDEO - FOTO

London yanğınının fəsadları: 4 min insan evlərindən çıxarıldı - VİDEO - FOTO
10:42 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Britaniyanın paytaxtı Londonun Kamden və Çalkots bələdiyyələri 5 çoxmərətəbli yaşayış kompleksinin sakinlərini təxliyə edib.

Ümumilikdə 4 min nəfər təlxiyə olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb həmin binaların üzlük örtüklərinin dəhşətli yanğında kül olmuş 24 mərtəbəli "Grenfell Tower"də istifadə olunmuş lövhələrlə identik olmasıdır.

Məhz bu plastik lövhələrin ucbatından "Grenfell Tower"də soyuducunun qısaqapanmadan sonra alışması nəticəsində bina barıt çəlləyi təki alışaraq yanmışdı.

Təxliyə edilən sakinlərə deyilib ki, onlar 3 həftə ərzində mənzillərinə daxil ola bilməyəcəklər.

Həmin müddətdə sözügedən binaların çöl divarlarındakı plastik üzlük lövhələr söküləcək, əvəzində yanğına davamlı və keyfiyyətli lövhələr quraşdırılacaq.

Mənzillərindən çıxarılmış ailələr otellərdə və bələdiyyələrin ərazisindəki yaşayış binalarında məskunlaşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

London yanğınının fəsadları: 4 min insan evlərindən çıxarıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR