Türkiyənin məşhur ifaçısı Tarkan dünən Dənizkənarı Milli Parkda "Formula 1" çərçivəsində konsert proqramı ilə çıxış edib.
Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, tamaşaçılarla salamlaşan meqastar Azərbaycan üçün darıxdığını bildirib:
"Bakı üçün çox darıxmışdım. Burada olmaqdan zövq alıram. Konsertim "Formula 1"in ən yadda qalan konserti olmalıdır".
Tarkan çıxışı zamanı yeni albomundan mahnılar səsləndirib. Sonda yenidən ölkəmizə gəlmək ümidi ilə sənətçi tamaşaçılarla vidalaşıb.