“Qarabağ” ukraynalı qapıçı transfer edib

“Qarabağ” ukraynalı qapıçı transfer edib
10:47 24 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ 2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb.
“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.
Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan 29 yaşlı çərçivə qoruyucusu daha sonra “Krivbass”a keçib. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a transfer olunan qolkiper geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına da dəvət alıb.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Bakı “İnter”i ilə müqaviləsinin müddəti başa çatan Abbas Hüseynovu heyətinə qatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-ukraynali-qapici-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR