İmişlidə yol qəzası olub, 1 nəfər ölub, 3 nəfər yaralanıb

İmişlidə yol qəzası olub, 1 nəfər ölub, 3 nəfər yaralanıb
10:47 24 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 24 iyun. REPORT.AZ/ İmişli-Beyləqan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
“Report”un Aran bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralılar Bəhramtəpə qəsəbəsində salınmış "Fin evləri" adlı məcburi köçkün şəhərciyində yaşayan 1989-cu təvəllüdlü Cəbrayıl Vaqif oğlu Quliyev və 1989-cu il təvəllüdlü Yasin Bayram oğlu Şirinov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir. 
Faktla bağlı araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yol-qezasi-olub-1-nefer-olub-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR