Doğum evində qarışıq düşən körpələr

30 il əvvəl Rusiyanın Çelyabinsk vilayətində yerləşən doğum evində iki körpə dəyişik düşüb.

Metbuat.az bildirir ki, hadisə 1987-ci ildə baş verib. Doğum evində dəyişik düşən körpələrin hər ikisi qız uşağı olub. Analardan biri Zoya Antonovna uşağın dəyişik düşdüyündən şübhələnsə də, tibbi personal önəm verməyib.

Bir körpə xoşbəxt bir ailədə böyüyüb, təhsil alıb, evlənib. Ona Katya adını veriblər.

Lakin digər körpə - Lusi gəldiyi gündən ailəsində söz-söhbətə yol açıb. Buna səbəb başqırdıstanlı bir ailədə sarışın rus uşağının doğulması olub. Yaranan şübhələr Elvira və həyat yoldaşı arasında ciddi mübahisələrə səbəb olub. Hətta qonşular həmin xanımı gəzəyən adlandıraraq, ərini ələ salmağa başlayıblar. Bütün bunların nəticəsində Elviranın əri sarışın rus qonşusunu arvadı ilə münasibətdə günahlandıraraq qətlə yetirib. Lusinin atası həbs edilib, anası isə yaşananlardan sonra içki alüdəçisinə çevrilib. Bu səbəblə uşağı kimsəsizlər evinə veriblər. Lusi dəfələrlə intihara cəht etsə də, uğursuz olub.

Hadisənin üzərindən 30 il keçəndən sonra Zoya Antonovna vaxtilə yaranan şübhələri barəsində qızına danışıb. Onlar DNT testindən keçiblər. Məlum olub ki, ana və qızının qohumluq əlaqəsi yoxdur. Sonra rus ailə qarışıq düşən doğma övladını axtarmağa başlayıb. Uzun müddət araşdrımalardan sonra ailə Lusi adı verilən və kimsəsizlər evində böyüyən övladını tapıb. 30 ildən sonra səhv düşən qızlar görüşüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR