Bu gün müxtəlif xidmət sahələrində, eləcə də ticarət obyektlərində müəyyən xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin girov qoyulması tələb edilir.
Nümunə olaraq, şəhərin müəyyən ərazilərində pul verilib bir neçə saatlıq icarəyə velisoped götürülərkən, yaxud oxumaq üçün bir müdddətliyinə kitab alan zaman girov olaraq şəxsiyyət vəsiqəsi tələb olunur. Qaytarılmadıqda isə şəxsiyyət vəsiqəsi sahibinə qaytarılmır.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirir ki, bu hərəkətlər qanunaziddir və cərimə ilə nəticələnə bilər:
“İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur”.
Bildirək ki, şəxsiyyət vəsiqənizin qanunsuz götürülməsi, yaxud girov saxlanılması barədə şikayət ərizənizi həmin ərazi üzrə prokurora yazmalısınız. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qanun pozuntusuna dair işlər üzrə icraat prokuror tərəfindən başlanılır.
Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər - Bu xəbəri OXUYUN!
Xəyalə Məmmədova / METBUAT.AZ