Formula 1: Azərbaycan Qran Prisinin startı ərəfəsində statistik məlumatlar açıqlanıb

Formula 1: Azərbaycan Qran Prisinin startı ərəfəsində statistik məlumatlar açıqlanıb
11:22 24 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin startı ərəfəsində bəzi statistik məlumatlar açıqlanıb. 
“Report” Bakı Şəhər Halqasının rəsmi saytının yayımladığı rəqəmləri təqdim edir:
Sürücülər
Sebastian Fettel 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.
Daniel Rikkardo 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə sahib olacaq.
Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.
Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.
Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.
Maks Ferstappen yarışı 9-cu yerdə başa vursa, F1 yarışında 300-cü xalını qazanacaq.
Karlos Sayns yarışı 4-cü yerdə başa vursa, F1 yarışında 100-cü xalını qazanacaq.
Valtteri Bottas 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.
Azərbaycan Qran Prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran Pri yarışıdır.
Komandalar
“Williams” 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.
“Haas” 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.
Ölkələr
Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.
Daniil Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı qazanacaqlar.
Sebastyan Fettel, Niko Hulkenberq və ya Paskal Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.
Karlos Saynz və ya Fernando Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.
Roman Qrojan və ya Esteban Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni yazacaqlar.
Daniel Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-azerbaycan-qran-prisinin-starti-erefesinde-statistik-melumatlar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR